İlin ən qəddar futbolçusu seçildi

İlin ən qəddar futbolçusu  seçildi
Braziliya millisinin sabiq üzvü Felipe Melo qəribə mükafat alıb.

 Braziliyanın "UOL Esporte” nəşrinin keçirdiyi sorğuya əsasən "ilin ən qədddar futbolçusu” mükafatı 35 yaşlı futbolçuya verilib.

Hazırda "Palmeyras"da çıxış edən yarımmüdafiəçi ötən mövsüm 19 sarı və 1 qırmızı vərəqə alıb. O, səslərin 51,8 faizini toplayıb.

Qeyd edək ki, "Yuventus", "İnter" və "Qalatasaray" kimi klublarda çıxış edən Melo bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, futbolçu olmasaydı, qatil olmağı üstün tutardı.

OXŞAR XƏBƏRLƏR