"Zirə" və "Sumqayıt" bu gün futbolçularını dəyişəcək

Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə” və "Sumqayıt” klubları futbolçu yerdəyişməsinə dair razılığa gəliblər. 
 
Əvəzləmə prosesi bu gün rəsmən həyata keçiriləcək. "Zirə” mərkəz müdafiəçisi Adil Nağıyevin əvəzində "Sumqayıt”da eyni mövqedə çıxış edən Bəxtiyar Həsənalızadəni heyətinə cəlb edəcək.

Qəsəbə təmsilçisinin hazırkı baş məşqçisi Samir Abasov ötən mövsüm "Sumqayıt”a rəhbərlik edib. Onun "gənclik şəhəri" təmsilçisindəki həmkarı Ayxan Abbasov isə "Zirə”dən bu ilin avqustunda ayırılıb. Dəyişikliyin əsas səbəbi hər iki mütəxəssisin potensialına daha yaxşı bələd olduqları oyunçunu öz sərəncamlarında görmək istəyidir.

Qeyd edək ki, daha əvvəl "Sumqayıt” "Neftçi”dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb./Report
 

OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...