"Sevilya" xal itirdi, "Valensiya"dan çətin qələbə

İspaniya La Liqasının 17-ci turunda daha 3 oyun keçirilib.

Günün ilk matçında "Valensiya" evdə "Hueska"nı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Yarasalar"ın heyətində 25-ci dəqiqədə Dani Parexo və 90-cı dəqiqədə Kristiano Pitsini fərqləniblər. Qonaqların yeganə qoluna isə 72-ci dəqiqədə penaltidən Kamilo Hernandes imza atıb.

Digər oyunda liderlər qrupunda qərarlaşan "Sevilya" səfərdə "Leqanes"lə qarşılaşıb. Qonaqlar 5-ci dəqiqədə Mikel Vesqanın qolu ilə hesabda geri düşsələr də, 90-cı dəqiqədə Vissam Ben Yedderin sayəsində məğlubiyyətdən qaça bilib. Bununla da "Sevilya" lider "Barselona"dan 5 xal geri düşüb.

Turun son qarşılaşmasında isə "Rayo Valyekano" doğm azarkeşləri önündə "Levante"ni 2:1 hesabı ilə məğlub edib.

17 turdan sonra turnir cədvəlinə 37 xalla "Barselona" başçılıq edir. 3 xal az toplayan "Atletiko" 2-ci, 32 xalı olan "Sevilya" 3-cüdür. Bir oyun az keçirən "Real" isə 29 xalla 4-cü pillədə yer alıb.

Qeyd edək ki, klublar arası dünya çempionatında iştirakı ilə bağlı "Real"ın bu turda "Vilyareal"la keçirilməli olan görüşü təxirə salınıb.qol.az

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...