Mourinyo Realda?

Mourinyo Realda?
İngiltərənin "Mançester Yunayted” klubundan qovulan   Joze Mourinyon İspaniyaya qayıda bilər. Sfera.az xəbər verir ki, Mourinyo sabiq komandası Madrid "Real”ına qayıtmaq istəyir. 
 
İspaniya mətbuatı iddia edir ki,  Madrid klubu Mouriyno ilə əlaqə saxlayaraq onun kluba qayıtması ilə bağlı  müzakirə aparıb. Bunu klubun vitse-prezidenti Xose Anxel Sançes mətbuata təkzib etməyib.  
 
Real komandanın futbolçuları arasında sorğu da aparıb. Buna əsasən futbolçuların əksəriyyəti Mourinyonun baş məşqçi olmasına etiraz etmir.
Hər iki tərəfə yaxın olan agentin məlumatına görə müqavilə iyulun 1-dən tez imazalanmayacaq. Əks halda Mançester Yunaytedə 5 milyon avro ödənilməlidir.
 
Bundan başqa portuqaliyalı mütəxəssisə futbolçuların transferi məsələsində sərbəstlik veriləcək. Həmçinin transferlərə böyük məbləğ ayrılacaq. Mourinyonun özünə isə vergilərin çıxılmasından sonra 15 milton avro illik məvacib ödəniləcək.
Məlumata görə bir qədər sonra Real məvacib üçün təklifini 5 milyon da artıraraq 20 milyona yüksəldib.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...