Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq
Gələn il mayın 29-da Bakıda keçiriləcək final oyununa hazırlıq məqsədilə dekabrın 22-dən yanvarın 7-dək Azərbaycan paytaxtında UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq.
 
Futbol həvəskarları 17 gün ərzində fəaliyyət göstərəcək muzeydə UEFA Avropa Liqası tarixinin unudulmaz anlarının əks etdirən eksponatları görə biləcəklər.
 
Sfera.az-ın xəbərinə görə bu barədə AZƏRTAC AFFA-nın saytına istinadla bildirir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq Avropa Liqası Muzeyi üç hissədən ibarət olacaq. Sərgini ziyarət etmək istəyənlər girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə edə biləcəklər. Muzey zonasında Avropa Liqasının tarixini əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi topu, eləcə də turnirin final oyunlarında istifadə edilmiş imzalı toplar sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək.
 
Oyun və istirahət zonasında isə qonaqlara rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışlarda iştirak imkanı təqdim olunacaq. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri də təşkil olunacaq. İmza günlərində muzeylərin ziyarətçiləri futbolçularla yaxından tanış ola, onlardan imza ala, eləcə də xatirə şəkilləri çəkdirə biləcəklər.
 
Dekabrın 22-dən yanvarın 7-dək hər gün saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir. Xatırladaq ki, ötən il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edib.






OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...