İbrahimoviç ABŞ-da qalası oldu
17:07 / 19.12.2018
2614
ABŞ-ın "Los Angeles Galaxy" futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç komanda ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı futbolçu 2019-cu ildə də Amerika klubunda çıxış edəcək.
"Zlatan ilə yeni bir müqavilə bağlamaqdan şadıq. O, keçən mövsüm klub üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi və biz onun gələn mövsüm də komandada çıxışını səbrsizliklə gözləyirik. Mövsümlərarası dövrdə Zlatanla komanda oyununu daha da yaxşılaşdırmağı davam etdirəcəyik", - deyə "Los Angeles Galaxy" klubunun baş direktoru Dennis Te Klose bildirib.
İbrahimoviç "Los Angeles Galaxy"yə 2018-ci ilin martında "Mançester Yunayted"dən keçib. Ötən mövsüm komandada 27 oyun keçirən futbolçu 22 qol vurub və 7 məhsuldar ötürmə verib.
Daha əvvəl futbolçunun İtaliyanın "Milan" klubuna keçəcəyi bildirilsə də, bu transfer baş tutmayıb.