"Qalatasaray" portuqaliyalılara, "Fənər" ruslara rəqib oldu
İdman
16:58 / 17.12.2018
2688
Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatamada 32 komanda iştirak edib və 16 cütlüyə bölünüb. Qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb.
Türkiyənin "Qalatasaray" klubu Portuqaliya "Benfika"sına rəqib olub. "Fənərbaxça" Rusiyanın "Zenit" klubu ilə qarşılaşacaq.
"Qarabağ"la eyni qrupda yer alan "Arsenal" Belarus BATE-sinə, "Sportinq" İspaniyanın "Vilyarreal" klubuna rəqib olub.
1/16 final mərhələsinin oyunları 2019-cu ildə keçiriləcək. İlk matçlar fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də baş tutacaq.
Avropa Liqası
1/16 final
Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)
Brügge (Belçika) - Zalsburq (Avstriya)
Rapid (Avstriya) - İnter (İtaliya)
Slaviya (Çexiya) - Genk (Belçika)
Krasnodar (Rusiya) - Bayer (Almaniya)
Sürix (İsveçrə) - Napoli (İtaliya)
Malmö (İsveç) - Çelsi (İngiltərə)
Şaktyor (Ukrayna) - Ayntraxt (Almaniya)
Seltik (Şotlandiya) - Valensiya (İspaniya)
Renn (Fransa) - Betis (İspaniya)
Olimpiakos (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna)
Latsio (İtaliya) - Sevilya (İspaniya)
Fənərbaxça (Türkiyə) - Zenit (Rusiya)
Sportinq (Portuqaliya) - Vilyarreal (İspaniya)
BATE (Belarus) - Arsenal (İngiltərə)
Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya)