Logo

"Liverpul" "Mançester Yunayted"i məğlub etdi

"Liverpul" "Mançester Yunayted"i məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə Premyer Liqasında 17-ci tura yekun vurulub.

Turun son oyununda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i qəbul edib. İlk hissədə hərəyə 1 dəfə fərqlənən komandalar fasiləyə bərabərliklə yollanıblar. İkinci yarıda Cerdan Şakirinin dublu mersisaydlılara 3:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 45-ə yüksəldən "Liverpul" yenidən zirvədəki yerinə qayıdıb. Əsas rəqibindən 1 xal az toplayan "Mançester Siti" 2-ci pillədədir. "Tottenhem" 39 xalla 3-cü, "Çelsi" isə 37 xalla 4-cüdür. 34 xalı olan "Arsenal" 5-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası, 17-ci tur

16 dekabr

"Liverpul" - "Mançester Yunayted" - 3:1

Qollar: Sadio Mane, 24 (1:0), Cessi Linqard, 33 (1:1), Cerdan Şakiri, 73 (2:1), 80 (3:1)

qol.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR