“Qol orucu” üçün qurban kəsdilər
İdman
09:00 / 15.12.2018
2623
Türkiyənin "Konyaspor" klubunun azarkeşləri maraqlı addım atıb.
Sfera.az xəbər verir ki, komandanın qol silahı kimi ümid bəslədikləri Adis Yahoviçin "qol orucu”nu pozması və yaxşı qollar vurması üçün azarkeşlər qurban kəsiblər.
Ötən mövsüm "Göztəpə" və "Konyaspor"un heyətində Super Liqada 19 qol vuran makedoniyalı futbolçu cari mövsüm keçirdiyi 12 çempionat matçında cəmi 3 dəfə fərqlənə bilib. Bu vəziyyətdən narazı olan azarkeşlər onun "ayağını açmaq" üçün qurban kəsiblər.
Bu addımının təşəbbüskarı olan Mesut Erçetin adlı azarkeş "Adis çox yaxşı hücumçudu, amma şanssız bir dövr keçirir. Biz də onun adına qurban kəsdik. "Kasımpaşa" matçında uğursuzluğa son qoymasını gözləyirik" deyib.
Yahoviç də "Instagram" hesabından "Konyaspor" azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, "Konyaspor" - "Kasımpaşa" matçı bu gün keçiriləcək.