Məşhur məşqçiyə ağır cəza verildi

Məşhur məşqçiyə ağır cəza verildi
Rusiya Futbol İttifaqının İntizam Komitəsi Rostov-un baş məşqçisi Valeri Karpini 6 oyunluq cəzalandırıb.

Buna səbəb 49 yaşlı mütəxəssisin Rusiya Premyer Liqasının XVII turunda evdə Krılya Sovetov-a 0:1 hesabı ilə uduzduqları matçdan sonra dördüncü hakimi itələməsidir.

Cəzanın 3 oyunu şərti xarakter daşıyır və cari mövsümün sonuna qədər Kaprinə sınaq müddəti qoyulub. Kaprin həmçinin 80 min rubl cərimə də ödəməli olacaq.

Qeyd edək ki, Rostov-un heyətində azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. Krılya Sovetov-un formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu qarşılaşmada sarı vərəqə alıb.

OXŞAR XƏBƏRLƏR