Logo

Millinin tərcüməçisi də işdən qovulub

Millinin tərcüməçisi də işdən qovulub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Berti Foqtsdan sonra Robert Prosineçki və Qurban Qurbanovla da birgə işləyən tərcüməçi Aydın Rüstəmov federasiyadan göndərilib.

Qurbanovun dönəmində daha çox təşkilati işlərlə məşğul olan Rüstəmovun başının üstünü qara buludlar milli komandanın ofisi Bakı Olimpiya Stadionuna köçdükdən sonra alıb. Məsələ burasındadır ki, bizdə olan məlumata görə, yuxarıdan onun Bakı Olimpiya Stadionuna girişinə qadağa qoyulub. Hadisələrin kökündə Rüstəmovun milli komandanın məşqçilərinə yaxınlığının durduğu iddia olunur.

Rüstəmov istefa dalğasının ilk qurbanlarından olub. Onun gedişindən bir neçə gün sonra toplanan İcraiyyə Komitəsi Qurban Qurbanov və aşağı yaş qruplarının digər məşqçilərinin işinə son qoyub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR