Logo

Arsenal-ı yadına salarsa, 100 avro cərimələnəcək

Arsenal-ı yadına salarsa, 100 avro cərimələnəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milan-ın rəhbərliyi klubun yeni baş direktoruna maraqlı cəza növü seçib.

Bir neçə həftə öncə Milan-da baş direktor vəzifəsinə təyin edilən İvan Qazidisə maraqlı cəza kəsilib. Belə ki, 10 ilə yaxın Arsenal-da eyni vəzifəni icra edən Qazidis əgər Milan klubunun ofisində, muzeyində və yaxud kluba aid olan digər məkanlarda Arsenal-a aid fikir söyləyərsə və yaxud Arsenal-ı yadına salarsa 100 avro civarında cərimələnəcək. İtaliya klubunun İngiltərə klubu ilə əzəli rəqib olmadan belə bir qərar qəbul etməsi futbol mediasında təəccüblə qarşılanıb.

Qeyd edək ki, İvan Qazidis Milan-da illik 7 milyon avro maaş alır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR