Logo

"Liverpul", PSJ və "Tottenhem" 1/8 finalda, "Qalatasaray" Avropa Liqasında

"Liverpul", PSJ və "Tottenhem" 1/8 finalda, "Qalatasaray" Avropa Liqasında
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

6-cı turda artıq 2 oyun keçirilib. İlk matçlardan biri Türkiyədə olub. Burada "Qalatasaray" "Portu"nu qəbul edib. "Sarı-qırmızılar" rəqibinə 2:3 hesabı ilə uduzsalar da, mübarizəni Avropa Liqasında davam etidrəcəklər. "Lokomotiv"in səfərdə "Şalke"yə 0:1 hesablı məğlubiyyəti türklərə qitənin ikinci dərəcəli turnirində oyanamaq hüququ qazandırıb.

A qrupunda "Borussiya" (Dortmund) və "Atletiko" 1/8 finala, "Brügge" isə Avroliqaya vəsiqəni əvvəlcədən təmin etdiyindən buradakı oyunlar heç nəyi dəyişməyib.

"Barselona"nın mərhələni keçdiyi B qrupudnda isə "Tottenhem" və Milan "İnter"i 2-ci yerin sahibi kimi pley-offa yüksəlməyə çalışırdı. "İnter" PSV, "Tottenhem" isə Kataloniya səfərində "Barsa" ilə 1:1 oynadığından London klubu 2-ci yerin sahibi kimi adını pley-offa yazdırıb.

Nəhayət C qrupunda "Srvena Zvezda" PSJ-ni, "Liverpul" isə "Napoli"ni qəbul edib. Bu qrupda "Srvena Zvezda"dan başqa digər 3 klubun növbəti mərhələyə yüksəlmək şansı var idi. Rəqiblərini məğlub edən PSJ və "Liverpul" müvafiq olaraq 1 və 2-ci pillənin sahibi kimi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq.

11 Dekabr

Çempionlar Liqası, 6-cı tur

A qrupu

00:00. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

Qollar: Rafael Gerreyro, 15 (0:1), 88 (0:2)

00:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

B qrupu

00:00. "İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) - 1:1

Qollar: İrvinq Lozano, 13 (0:1), Mauro İkardi, 73 (1:1)

00:00. "Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1

Qollar: Usman Dembele, 7 (1:0), Lukas Moura, 85 (1:1)

C qrupu

00:00. "Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4

Qollar: Edinson Kavani, 10 (0:1), Neymar, 40 (0:2), Marko Qobelyiç, 56 (1:2), Markinyoş, 74 (1:3), Kilyan Mbappe, 90+4 (1:4)

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0

Qol: Məhəmməd Salah, 34

D qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3

Qol: Felipe, 17 (0:1), Mareqa, 42 (0:2), Feqhuli, 45+1-pen.(1:2), Oliveira, 57 (1:3), Eren Derdiyok, 65 (2:3)

21:55. "Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:0

Qol: Alessandro Şyopf, 90

12 dekabr

E qrupu

00:00. "Ayaks” (Hollandiya) - "Bavariya” (Almaniya)

00:00. "Benfika” (Portuqaliya) - AEK (Yunanıstan)

F qrupu

00:00. "Mançester Siti” (İngiltərə) - "Hoffenhaym” (Almaniya)

00:00. "Şaxtyor” (Ukrayna) - "Lion” (Fransa)

G qrupu

21:55. "Real" (İspaniya) - SSKA (Moskva, Rusiya)

21:55. "Viktoriya” (Çexiya) - "Roma” (İtaliya)

H qrupu

00:00. "Valensiya” (İspaniya) - "Mançester Yunayted” (İngiltərə)

00:00. "Yanq Boyz” (İsveçrə) - "Yuventus” (İtaliya)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR