“Arsenal”ın əfsanəvi futbolçusu Bakıda

“Arsenal”ın əfsanəvi futbolçusu Bakıda
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfərə gəlib.
 
Bu gün Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək.

Festival saat 11:00-da başlayacaq.

Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq "Bakutel 2018” – XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.

Qeyd edək ki, Rober Piresə məşhurluq gətirən klub 2000-2006-cı illərdə çıxış etdiyi İngiltərənin "Arsenal” komandası olub./oxu.az
 

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...