"Bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur" - Rəşad Sadıqov

Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq”ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sfera.az xəbər verir ki, avrokuboklarda 100-cü oyununa çıxan təcrübəli müdafiəçi əvvəlcə görüşlə bağlı danışıb.

- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz və bu qarşılaşma ağır məğlubiyyətlə yekunlaşdı. Hisslərinizi bölüşərdiniz.

- Çox danışacaq bir şey yoxdu. Hesab hər şeyi deyir.

- Lissabonda bu rəqibə 0:2 hesabı ilə uduzsanız da, bu dəfə daha fərqli oldu. Nə baş verdi?

- Bu gün tam fərqli "Sportinq” oynayırdı. Bilmirəm, bu, baş məşqçi dəyişikliyinə görədir, yoxsa yox, amma rəqib tam fərqli oynadı. Kubok oyununda onları təhlil etmişdik, çox aqressiv çıxış edirdilər. Səviyyə fərqi çox böyükdür, meydanda açıq-aşkar görünürdü. Desək ki, bizim futbolçularda istək yox idi, mübarizə aparmırdılar, adamın dili gəlməz. Ustalıq səviyyəsi adi epizodlarda özünü göstərdi.

- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışları sizə təsir edib?

- İnanmıram. O oyunların buna aidiyyatı yoxdur. Toparlanıb ilin sonuna kimi 5 oyuna çıxmalı, daha sonra II dövrəyə və növbəti avrokubok mövsümünə hazırlaşmalıyıq. Nə qismət olsa, ona hazırlaşmalıyıq. Ruhdan düşmək və "sınmaq” vaxtı deyil. Bizə yaraşmayan formada acınacaqlı şəkildə yenilgi yaşadıq. Belə məğlubiyyət ağlımıza gəlməzdi. Bu, ən böyükhesablı ev məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyə kimi qapıya gələn dörd zərbənin hamısı qol oldu. Ümumiyyətlə, bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur. Ötən mövsüm xal aldığımız oyunlarda bəzən rəqib istifadə edə bilmirdi, bizə də motivasiya gəlirdi və hərdən istifadə edirdik. Ancaq bu il tam fərqli ssenari gedir. Sanki Çempionlar Liqasında oynayırıq. Düzdür, ötən il də 6 qolla uduzmuşduq. Amma belə ağır oyunlarımız olmamışdı. "Arsenal”dan evdə üstün çıxış etmişdik, "Sportinq”lə də səfərdə pis oynamamışdıq. Komanda şəklində ruhdan düşmək olmaz. Qışda özümüzə gəlmək üçün vaxt olacaq. Ağır period keçiririk.

- İbrahim Şehiç üçün darıxırsınız?

- Şehiç söhbəti deyil. Çatışmayan şeylərimiz var, hamı bunu anlayır. Birdən-birə bəzi şeylər düzəlmir. Bunun üçün vaxt lazımdır.

- "Qarabağ”ın bu mövsümkü zəif çıxışını nə ilə əlaqələndirə bilərsiniz?

- Çox şeylə əlaqələndirmək olar. Bu gün səbəb gətirmək zamanı deyil. Özü də belə məğlubiyyətdən sonra. Çatışmayan cəhətlər var. İnşallah, zamanla bunlar həll olar. Qış və ya yay transfer dönəmlərində komandamız düzələcək.

- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz. Sizə hansısa yerli futbolçu çata bilərmi?

- Bu dəqiqə 100-cü oyun hayında deyiləm.
 
 Qol.az


OXŞAR XƏBƏRLƏR

Yeni virus yayılır - Pandemiya tədbirləri başladı

Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yayılması səbəbindən hökumət COVID-19 pandemiyası dövrünə bənzər profilaktik tədbirlər həyata...

Sabah Moskvada Rusiya və BƏƏ prezidentləri görüşəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də Moskvada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.    ...

Trampın enerji sanksiyaları: Çin və Hindistan geri çəkiləcəkmi?

ABŞ administrasiyası Rusiyadan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Sanksiyaların hədəfində əsasən Çin və Hindistanın olduğu bildirili...

Bakıda pulsuz, keyfiyyətli çimərliklər – SİYAHI

Bakı sakinləri və şəhər qonaqları yay aylarında ən çox dəniz kənarında istirahət etməyə can atırlar. Ancaq pullu istirahət mərkəzlərində giriş haqları bir çox a...

Məşhur müğənninin qardaşı canlı yayımda ağladı: “Çox darıxıram”

Türkiyəli müğənni və aktyor Özcan Deniz ilə qardaşı Ercan Deniz arasında uzun müddətdir davam edən ailədaxili gərginlik yenidən məhkəməlik olub. Məhkəmə hər iki...

Leyla və Arzu Əliyevalar Müasir İncəsənət Muzeyində - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakıdakı Müasi...