Logo

“Qarabağ”dan rüsvayçı məğlubiyyət

“Qarabağ”dan rüsvayçı məğlubiyyət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir.

Sfera.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” E qrupunda son ev qarşılaşmasına çıxan, Qurban Qurbanovun yetirmələri Portuqaliyanın "Sportinq” klubu ilə qarşılaşıb.

Ağdam klubu 1/16 final şansını qorumaq üçün mütləq qələbə qazanmalı idi. Amma komandamız nəyinki buna nail olmayıb, hətta böyük hesabla yenilib - 1:6.

Böyük hesabla məğlub olan "Qarabağ" qrupdan çıxmaq şansını itirib. Bu qrupdan bundan əvvəl "Arsenal" 1/16 finala çıxmışdı. Bu gün isə "Sportinq" bu vəzifənin öhdəsindən gəlib.

Qeyd edək ki, qrupun digər oyununda isə "Arsenal" səfərdə "Vorskla"ya qalib gəlib - 3:0.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR