Azərbaycan kubokunun qalibi müəyyənləşib
İdman
23:05 / 28.05.2018
2717
Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub.
Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda "Keşlə" və "Qəbələ" qarşılaşıb. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyıb.
Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə "Birlik Kuboku"nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul olub.
Azərbaycan kuboku
Final
28 may (bazar ertəsi)
"Keşlə" - "Qəbələ" - 1:0
Qol: Pərdis Fərcad-Azad, 71
Qırmızı vərəqə: İlqar Qurbanov, 88
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcan-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 16. Şahin Zəkiyev
Məşqçi: Sergey Revit
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk