Ramosun cəzalandırılması tələbi ilə 180 min insan petisiya imzaladı
İdman
11:20 / 28.05.2018
3017
"Change.org" portalında Çempionlar Liqasının final matçında "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə "Real"ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib.
Sfera.az xəbər verir ki, hazırda petisiyaya 180 mindən çox insan imza atıb.
Final oyununda "Real" "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.(report0