DÇ-2018-in hakiminin kədərli həyatı - 25 ildir zibil yığır
19:50 / 23.05.2018
2426
DÇ-2018-də hakimlik edəcək Panama laysmanlarından birinin maraqlı tarixçəsi üzə çıxıb.
Baş hakim köməkçilərindən olacaq Qabriel Viktoriya ölkəsində hakimlik etməklə yanaşı həm də küçələrdən zibil yığır.
Məsələ burasındadır ki, Panamada hakimlərin idarəçilikdən gəlirləri çox azdır. Buna görə də onlar dolanışıq üçün iki işdə işləmək məcburiyyətindədirlər. O, ac qalmamaq üçün düz 25 ildir - 1993-cü ildən zibilyığan işləyir. Həmin vaxtdan Qabrielin iş cədvəli aşağıdakı kimidir:
05:00 - işə başlamaq
17:00 - futbol meydançasında məşq"Mən heç nədən utanmıram. Hər iki peşə xoşuma gəlir. Buna görə həmkarlarımla aramızda hər hansı gərginlik də yoxdur" - deyə Qabriel bildirir.
Belə iş rejiminə baxmayaraq, Qabriel hakimlik karyerasında uğurlar əldə edə bilib. O, 2015-də U-20, 2017-də U-17-lər arasında dünya çempionatında, 2016-cı ildə Amerika kubokunda hakimlik edib.