"Mançester Siti"dən İnyestaya gözlənilməz təklif
Kateqoriya məlum deyil
"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta məşqçi karyerasına başlaya bilər.
"Mançester Siti" 34 yaşlı futbolçuya oynayan məşqçi olmağı təklif edib. Bununla bağlı A.İnyesta ilə danışıqlar aparılır.
Qeyd edək ki, A.İnyesta bu mövsümün sonu "Barsa"dan ayrılacağını açıqlayıb./goal.az





