Ronaldu dünya çempionatına qədər bu məsələni həll etməyə çalışır
İdman
23:35 / 18.05.2018
4505
"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir.
Ronaldu ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14.8 milyon avro cərimə ödəməsini tələb etmişdi. Vergi orqanları isə hesab edir ki, ödəniş 25.7 milyon avro olmalıdır. Hücumçu öncə 3.8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.goal.az