"Qalatasaray"ın ilk yay transferi
Kateqoriya məlum deyil
"Qalatasaray" klubu "Eskişehirspor" komandasının futbolçusu Dorukhan Toközü transfer edib.
İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə razılıq əldə edib.
Eskişehirspor bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə "Qalatasaray"'ın ilk yay transferi olacaq.Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm "Eskişehirspor" forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb.
O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib. /goal.az






