Logo

Prezidentdən SƏRƏNCAM: Nazirlər üzv oldular, sədr isə...

Prezidentdən SƏRƏNCAM: Nazirlər üzv oldular, sədr isə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilib.

Sərəncamda qeyd olunur ki, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Baş nazirin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azad Rəhimov - Gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Təşkilat Komitəsinin üzvləri

Yusuf Məmmədəliyev - Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Elmar Məmmədyarov - Xarici işlər naziri

Ramil Usubov - Daxili işlər naziri

Kəmaləddin Heydərov - Fövqəladə hallar naziri

Şahin Mustafayev - İqtisadiyyat naziri

Samir Şərifov - Maliyyə naziri

Mikayıl Cabbarov - Vergilər naziri

Oqtay Şirəliyev - Səhiyyə naziri

Əbülfəs Qarayev - Mədəniyyət naziri

Ramin Quluzadə - Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Ceyhun Bayramov - Təhsil naziri

Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev - "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev - "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə - Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru

Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Ağacan Əbiyev -  Milli Olimpiya Komitəsinin baş katibi

Xəzər İsayev - Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Azər Əliyev -  Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi

Fərid Mansurov - Olimpiya çempionu

Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR