"Özümü sizə borclu hiss edib gedirəm"

"Bütün Azərbaycan xalqı və "Qarabağ”a birlikdə keçirdiyimiz mövsüm üçün "sağ ol” deyirəm. Bu, karyeramda həlledici anlardan biri oldu və mən burada keçirdiyim 9 ayı hər zaman böyük sevgi ilə xatırlayacağam". 


Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın formasını geyinən Pedro Enrike "Facebook" səhifəsində yazıb.


Mövsmün sonunda icarə əsasında çıxış etdiyi "Qarabağ"dan ayrılaraq PAOK-a dönəcək braziliyalı vida mesajı yayımlayıb: "Meydana çıxdığım bütün oyunlarda var gücüm və ürəyimlə oynamağa çalışdım. Çünki bu komandada oynamaq mənim üçün həmişə xoş idi və bu cür də qalacaq. Özümü sizə borclu hiss edib gedirəm. Mənə Ağdam camaatı üçün oynamaq imkanı yaratdığınıza görə sizə hər zaman minnətdar olacağam. Mənə qucaq açdıqları üçün bütün futbolçulara, texniki heyətə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Allah sizdən razı olsun”.
 

OXŞAR XƏBƏRLƏR