Hakimlərin Messiyə yazığı gəldi
Kateqoriya məlum deyil
İspaniya çempionatının hakimlər korpusu belə qərara gəlib ki, Lionel Messi 36-cı turda keçirilən oyunda hakimi təhqir etməyib.
Sfera.az " Cuatro” nəşrinə istinadən xəbər verir ki, həmin oyunun birinci hissəsinin sonunda hakim "Barselona”-nın müdafiəçisinə qırmızı kart göstərib, əksinə "Real”ın oyunçusu Qaret Beyli oyundan çıxarmayıb.
Messi hakimə "Bəsdi bizi batırdız, liqa sona çatır, hədiyyə paylamaq vaxtı deyil” deyə irad bildirib.
Hakimlər korpusu həmin oyunun protokolunda heç bir təhqirin qeydə alınmadığını söyləyiblər.
İlqar





