Logo

Zidan 6 futbolçuya istirahət verir – “Sevilya” ilə oyunda

Zidan 6 futbolçuya istirahət verir – “Sevilya” ilə oyunda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İspaniya La Liqasının 34-cü turunda bu gecə "Sevilya” ilə qarşılaşacaq "Real”ın oyun üçün iştirak ərizəsi açıqlanıb.

Klubun saytının yaydığı xəbərə görə, baş məşqçi Zinəddin Zidan 6 əsas futbolçuya istirahət vermək qərarına gəlib.

Bunlar, qapıçı Keylor Navas, müdafiəçilər Rafael Varan və Marselo, yarımmüdafiəçilər Toni Kross və Luka Modriç, hücumçu Kriştiano Ronaldodur. Qaret Beyl isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

Qeyd edək ki,  "Sevilya” – "Real” matçı Bakı vaxtı ilə saat 00:30-da başlayacaq./qol.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR