Rəşad Sadıqov baş məşqçi vəzifəsindən istefa verdi

Rəşad Sadıqov baş məşqçi vəzifəsindən istefa verdi
Rəşad Sadıqov "Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət baş məşqçisi vəzifəsindən istefa verib.

Klubdan Sfera.az-a verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və "Qarabağ”ın əsas komandasının kapitanı olan Sadıqov bu addımı işlərinin çoxluğu ilə əlaqədar atıb.

"Qarabağ”ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, "Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında cari mövsümdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci yeri tutub. Ötən mövsüm isə qızıl medallara sahib çıxıb.

OXŞAR XƏBƏRLƏR