"Roma"nın prezidenti: "Hakim səhvləri davam edə bilməz"
İtaliyalı funksioner baş hakim Damir Şkominanın idarəçiliyindən narazı qaldıqlarını gizlətməyib. O, turnirdə videotəkrar sisteminin (VAR) tətbiq olunmasını vacib hesab edib.
"Aydındır ki, VAR sistemi Çempionlar Liqası üçün çox zəruridir. Hakim səhvləri davam edə bilməz. 49-cu dəqiqədə El-Şaaravi ofsaydda deyildi, penalti təyin olunmalı idi. 65-ci dəqiqədə top rəqib futbolçunun əlinə dəydi. Bunu hakimdən başqa hamı gördü. 67-ci dəqiqədə Şiki cərimə meydançasında yıxdılar. Başa düşürəm ki, belə oyunu idarə etmək hakim üçün asan deyil. Amma bu cür uduzmaq da xoşa gəlmir. Yeri gəlmişkən, Kariusa qırmızı vərəqə göstərilməli idi. "Roma" oyunu say üstünlüyü ilə tamamlaya bilərdi. Liverpool-u təbrik edirəm, əla komandaları var. Amma videotəkrar sistemini Çempionlar Liqasında görməsək, çox gülünc olacaq".
///goal.az






