Logo

Futbolçular hakimi belə döydülər - VİDEO

Futbolçular hakimi belə döydülər - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Efiopiya çempionatında kuryoz hadisə baş verib.

Sfera.az  "Life.ru”-ya istinadən xəbər verir ki, "Velvalo Adiqrat” və "Defens Fors” klublarının qarşılaşmasında dava düşüb.

1:1 hesabı olarkən hakim "Velvalo”nun qapısına vurulan topu qeydə alıb.

Qol vuran komanda bunu sevinclə qeyd edərkən, top buraxmış komandanın oyunçuları hakimə cumub. Hakim qaçıb və künc bayrağını çıxarmaqla müdafiə olunmaq istəyib. Ancaq "Velvano”nun futbolçuları və məşqçisi onu yumruqlayıb yerə səriblər.

Polis işə qarışandan sonra ara sakitləşib. Oyun davam etdirilməyib. Ölkədəki bütün turun oyunları təxirə salınıb.

Dava salan komandanın baş məşqçisi klubdan qovulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR