Logo

Dino Ndlovu: "Qurban Qurbanov diktator kimidir, hər şeyi bilir"

Dino Ndlovu: "Qurban Qurbanov diktator kimidir, hər şeyi bilir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Qarabağ"ın sabiq futbolçusu, hazırda Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən Dino Ndlovu ağdamlıların transfer etmək istədiyi Xama Billiata məsləhət verib. 

Sfera.az xəbər verir ki, CAR millisinin üzvü Qurban Qurbanovun necə mütəxəssis olduğunu izah edib:

"Xama Billiata məsləhətim odur ki, "Qarabağ"a transfer olsa, ancaq futbol barədə düşünməli və sadiq olmalıdı. Baş məşqçi Qurban Qurbanov diktator kimidir (gülür). O, gecə klublarını sevən, belə klublara gedən futbolçuları sevmir. Şəhər haqqında hər şeyi bilir. Çox şeyə nəzarət edir. O, müəyyən vaxtlarda futbolçulara evdə olmasını bildirir və bunu etməyənləri cərimələyir. Qurbanov oyunçuların futbola bağlı olmasını istəyir. Billiat "Qarabağ"a keçərsə, ancaq futbol haqqında fikirləşməlidir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR