FHN-nin əməkdaşı dünya ikincisi oldu - FOTO
Bu imzalar içərisində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da adları var. Onlardan biri də Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm İlham oğlu Müslümovdur. O, bu il mart ayının 13-də keçirilən Şərq Döyüş Növləri Federasiyaları Şurasının, Gənclər və İdman Nazirliyinin razılığı və təşkilatcılıqı ilə "Kempo" döyüş növü üzrə 8 – ci ənənəvi Azərbaycan çempionatında 80 kiloqram çəki dərəcəsində yarışa qatılıb və bütün görüşləri qələbə ilə başa vuraraq iki qat Azərbaycan çempionu olub.
Rüstəm Müslümov 2018-ci il aprel ayının 15-də respublikamızda baş tutan beynəlxalq grappling team turnirinin də qalibi olub və Macarıstanın Budapeşt şəhərində "Kempo" əlbəyaxa döyüş növləri üzrə 15-ci Dünya cempionatına vəsiqə qazanıb. Aprel ayının 28-də dünyanın 67- dən artıq ölkəsinin idmançılarının qatıldığı bu yarışda ölkəmizi layiqincə təmsil edən Rüstəm Müslümov Dünya ikincisi olmaqla gümüş medal qazanıb. Bununla da Rüstəm Müslümov iki qat dünya mükafatçısı olub.
Sfera.az






