“Real” ardıcıl 3-cü dəfə finalda - Video + Yenilənib

İlk matçdakı hesaba görə İspaniya təmsilçisi üstün görünsə də, "Bavariya” finala çıxmaq üçün bütün imkanlarından istifadə etməyə çalışacaq.
1 may, saat 22:45
"Real” (İspaniya) – "Bavariya” (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
***
"Bavariya" oyuna çox sürətli başlayıb və 3-cü dəqiqədə istəyinə nail olub. Kimmix "Bavariya"nı hesabda önə çıxarıb.
***
"Bavariya"nın üstünlüyü uzun çəkməyib. 11-ci dəqiqədə Benzema "Real"ın bərabərlik qoluna imza atıb.
***
İlk hissədə başqa qol vurulmayıb və tərəflər fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.
***
İlk hissənin əksinə olaraq ikinci hissəyə "Real" sürətli başlayıb. Hissənin start fiti çalınan kimi irəli atılan "Real" ikinci qolu vurub. Yenə Benzema fərqlənib - 2:1.
***
63-cü dəqiqədə hesab yenidən bərabərləşib. Xames Rodriges hesabı bərabərləşdirib. O, müqavilə ilə məxsus olduğu "Real"a qol vurduğu üçün qol sevincini yaşamayıb.
***
Matçın sonları daha gərgin keçib. Qol üçün irəli atılan "Bavariya" bütün cəhdlərə baxmayaraq qələbə qolunu vura bilməyib. Beləliklə, matç 2:2 hesabı ilə bitsə də, ümumi hesabda 4:3 qalib olan "Real" finala yüksəlib.