“Zaneni Qiqzlə müqayisə etmək hələ tezdir”
Kateqoriya məlum deyil
"Mançester Siti”-nin baş məşqçisi Xosep Qvardiola jurnalistlərlə yarımmüdafiəçi Leroy Zane haqda fikrini bölüşüb.
Sfera.az xəbər verir ki, o Zaneni tərifləsə də hələ əfsanə Qiqzə çatmadığını deyib:
" Zaneni Qiqzlə müqayisə etmək hələ tezdi. Hər ikisi sağ cinahda oynayr, hər ikisi müdafiəçilərə cəlddilər deyə problem yaşadırlar. Amma Qiqz dünya ulduzudu, düşünürəm ona çatmaq Zane üçün əla stimuldu”.





