İkiqat dünya çempionu həbs olundu

İkiqat dünya çempionu həbs olundu
İkiqat dünya çempionu, olimpiya mükafatçısı, tanınmış qaydasız döyüş ustası Aleksis Vila həbs olunub.

Sfera.az  "Gazeta.ru” ya istinadən xəbər verir ki, idmançını qətllə bağlı Mayami polisi saxlayıb.

Ona qarşı ittihamlar irəli sürülüb.

Əgər onun qətldə iştirakı sübut edilsə, uzun müddətə azadlıqdan məhrum edilə bilər. Belə olan halda Vila Kubaya da deportasiya edilə bilər.
Aleksis Vila kubalıdır. O, öz vətənində sərbəst güləşlə məşğul olub. 2 dəfə dünya çempionu adını qazanıb. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən olimpiadada 3-cü yeri tutub. Bura xoşuna gəldiyi üçün Kubaya qayıtmayıb. Güləş müəllimi kimi çalışıb. Sonradan MMA-da qaydasız döyüş yarışlarında iştirak edib.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR