“Beşiktaş” liderliyə yüksəldi
09:56 / 14.04.2018
3498
Aprelin 13-də futbol üzrə Türkiyə Super Liqasının XXIX turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Beşiktaş” komandası səfərdə "Akhisar” ilə qarşılaşıb.
Sfera.az xəbər verir ki, son çempion "Beşiktaş” rəqibini böyük hesabla məğlub edib - 3:0. Oyunun 3-cü və 48-ci dəqiqələrində Rayan Babel dubla imza atıb. Görüşün 20-ci dəqiqəsində isə komandanın ispaniyalı hücumçusu Alvaro Neqredo fərqlənib.
Tur çərçivəsində aprelin 14-də "Kasimpaşa”- "Karabükspor”, "Yeni Malatyaspor” – "Alanyaspor” və "Sivasspor”-"Fənərbağça” matçları keçiriləcək. XXIX turun ən maraqlı qarşılaşması isə aprelin 15-də çempionluğa əsas namizədlər olan "Qalatasaray” və "Başakşəhər” klubları arasında oynanılacaq.