"Bavariya" "Real"la rəqib oldu
Kateqoriya məlum deyil
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Sfera.az "Chanpionat.com” saytına istinadən xəbər verir ki, bu mərhələdə "Bavariya” (Almaniya), "Liverpul” (İngiltərə), "Real Madrid” (İspaniya) və "Roma” (İtaliya) klubları mübarizə aparacaq.
Püşkün nəticəsi:
"Bavariya” - "Real"
"Liverpul” - "Roma”
Qeyd edək ki, yarımfinalın ilk oyunları 24-25 aprel, cavab görüşləri isə 1-2 mayda keçiriləcək.






