Avroliqada yarımfinalçılar müəyyənləşdi
01:02 / 13.04.2018
4450
Avropa Liqasında 1/4 finalın cavab matçları keçirilib.
Sfera.az-ın məlumatına görə, oynanılan 4 görüşlə yarımfinala yüksələn komandalar müəyyənləşib.
"Arsenal” Rusiyada MOİK-in qonağı olub. Londonda keçirilən ilk görüşdə 4:1 hesablı qələbə qazanan Arsen Vengerin komandası səfərdə heç-heçəyə nail olmaqla növbəti mərhələyə adlayıb.
Çempionlar Liqasında "Qarabağ”la eyni qrupda mübarizə aparmış "Atletiko” səfərdə "Sportinq”lə qarşılaşıb. Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəlib. Buna görə də cavab matçında 0:1 hesablı yenilgiyə baxmayaraq, mübarizəni davam etdirmək hüququ qazanıb.
"Zalsburq” öz meydanında "Latsio”nu qəbul edib. İtaliyada keçirilən ilk görüşdə Roma təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Cavab matçında gözlənilmədən 1:4 hesablı məğlubiyyətlə üzləşən "Latsio" yarımfinaldan kənarda qalıb.Digər görüşdə isə "Marsel” "Leyptsiq”i qəbul edib. Almaniya klubu ilk görüşdə 1:0 hesablı qələbə qazandığından səfərə üstün durumda yollansa da, fransızlar 5:2 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıblar.
12 aprel
Avropa Liqası
1/4 finalın cavab oyunları
MOİK (Rusiya) - "Arsenal” (İngiltərə) - 2:2
Qollar: Çalov, 39 (1:0), Nabubkin, 58 (2:0), Uelbek, 75 (2:1), Remzi, 90+2 (2:2)
İlk oyun - 1:4
"Zalsburq” (Avstriya) - "Latsio” (İtaliya) - 4:1
Qollar: İmmobile, 55 (0:1), Dabbur, 56 (1:1), Haidara, 72 (2:1), Hee-Chan, 74 (3:1), Lainer, 76 (4:1)
İlk oyun - 2:4
"Sportinq” (Portuqaliya) - "Atletiko” (İspaniya) - 1:0
Qol: Montero, 28
İlk oyun - 0:2
"Marsel” (Fransa) - "Leyptsiq” (Almaniya) - 5:2
Qollar: Bruma, 2 (0:1), Stefan İlsanker, 6-avtoqol (1:1), Sarr, 9 (2:1), Thauvin, 38 (3:1), Auqustin, 55 (3:2), Payet, 60 (4:2), Sakai. 90+4 (5:2)
İlk oyun – 0:1