Logo

"Real" və "Bavariya" yarımfinalda

"Real" və "Bavariya" yarımfinalda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sfera.az-ın  məlumatına görə, keçirilən 2 görüşlə yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

"Real” öz meydanında "Yuventus”u qəbul edib. İlk matçda səfərdə rəqib qapısından 3 cavabsız top keçirən "Real”ın mərhələ adlayacağı böyük ölçüdə həll olunmuşdu. Ancaq Turin klubu Madirddə inamlı oyunu ilə rəqibinə çətin anlar yaşadıb. Matçın 90-cı dəqiqəsinə qədər hesabda 3:0 irəlidə olan "qoca sinyora" 90+7-ci dəqiqədə Kriştiano Ronaldonun penaltidən vurduğu qola məyus olub. 3:1 hesablı qələbə "Real"ı yarımfinala yüksəldib.

Görüşün son dəqiqələrində qonaqların qapıçısı və kapitanı Canluicci Buffon qırmızı vərəqə alıb.

Digər görüşdə isə "Bavariya" "Seviilya"nı qəbul edib. İspaniyada keçirilən ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Münhen klubu qolsuz heç-heçə sayəsində növbət mərhələyə adlayıb.

Qeyd edək ki, dünən "Roma" və "Liverpul" da adını yarımfinala yazdırıb. 

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

11 aprel
22:45."Real" – "Yuventus" - 1:3 
Qollar: Mario Mandzukiç, 2, 37, Blez Matuidi, 60 - Ronaldo, 90+7-pen.
Qırmızı vərəqə: Canluicci Buffon, 90+3 ("Yuventus")
İlk oyun - 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə)

22:45. "Bavariya" - "Sevilya" - 0:0 
İlk oyun - 2:1
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
10 aprel"Roma" - "Barselona" - 3:0
İlk oyun - 1:4

"Mançester Siti" - "Liverpul" - 1:2 
İlk oyun - 0:3
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR