Bu gün bütün yarımfinalçılar məlum olacaq
09:51 / 11.04.2018
2267
Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək.
Sfera.az xəbər verir ki, İspaniyanın "Real” (Madrid) klubu doğma meydanda İtaliyanın "Yuventus” kollektivini qəbul edəcək.
Bu komandalar arasında ötən həftə Turində oynanılan ilk görüş 3:0 hesabı ilə "Kral klubu”nun xeyrinə başa çatıb.
Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.