Logo

Rafael Ağayev nüfuzlu turnirin qalibi oldu – VİDEO

Rafael Ağayev nüfuzlu turnirin qalibi oldu – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqası seriyasının növbəti turniri başa çatıb.

Sfera.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Rafael Ağayev (75 kq) finalda özbək Dastanbəy Otabolayevi 3:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

Digər Azərbaycanı təmsil edən idmançı İrina Zaretska (68 kq) finalda uduzub. Tural Ağalarzadə (67 kq) və Şahin Atamov (+84 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, bu il beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev Premyer Liqa seriyalarından dördündə də medal qazanıb. O əvvəlki yarışlarda bir qızıl, bir gümüş və bir bürünc medal əldə etmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR