Adil Əliyev iş adamını vitse-prezident təyin etdi
Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat olub. Sfera.az xəbər verir ki, federasiyanın prezidenti, millət vəkili Adil Əliyev iş adamı Səbuhi Rəcəbi federiyasının peşəkarlar üzrə vitse-prezidenti təyin edib.
Bu barədə məlumat verən federasiyasının prezidenti Səbuhi Rəcəbin hər zaman federasiyanın yanında olduğunu və idmançılarımızı daima dəstəklədiyini, söyləyərək, bundan sonra federasiyanın fəaliyyətində daha yaxından iştirak edəcəyini və onu öz aralarında görmələrindən məmnun olduğunu diqqətə çatdırıb. AKF-nin baş katibi Oruc Məmmədli də Səbuhi Rəcəbin təyinatı federasiyanın fəaliyyətinin daha da güclənəcəyini bildirib.
Səbuhi Rəcəb 15-ildən çoxdur ki, kikboksla məşğul olduğunu, belə bir məsuliyyətli təyinat üçün Adil Əliyevə federasiyasının rəhbərliyinə və öz təşəkkürünü çatdırıb. Onu da xatırladaq ki, S.Rəcəb əvvəllər Azərbaycan Sambo Federasiyasında vitse-prezident, hal hazırda isə Türkiyə Sport Kombat Sambo Federasiyasına 1-ci vitse-prezidentidir. Sahibkarlar Konfederasiyasının üzvüdür. Ailəlidir 4 övladı var.