Stolüstü tennisçimizdən daha bir uğur

Stolüstü tennisçimizdən daha bir uğur
Tunisdə keçirilmiş turnirdə stolüstü tennisçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə bu il keçiriləcək Gənclərin Olimpiya oyunlarına lisenziya qazanıb.

Sfera.az xəbər verir ki, təsnifat turnirinin birinci mərhələsində 25 idmançı iştirak edib. Azərbaycan stolüstü tennisçisi bütün görüşlərdə qalib gələrək ölkəmizə növbəti lisenziyanı təmin edib.

Qeyd edək ki, 2018 Gənclərin Olimpiya Oyunlarında hər ölkəyə iki yer ayrılıb və stolüstü tennisçilərimiz bu idman növü üzrə hər iki lisenziyanı qazanıblar.

OXŞAR XƏBƏRLƏR