Bekhem: "Zidan bütün zamanların ən yaxşısıdır”
Kateqoriya məlum deyil
"Real”ın keçmiş yarımmüdafiəçisi Devid Bekhem madrid klubunun hazırki baş məşqçisi haqda danışıb.
Sfera.az xəbər verir ki, ingilis futbolunun əfsanəsi Zinəddin Zidanın tərifini göylərə qaldırıb. O , sosial şəbəkədə yazdığı statusunda "3 il boyunca Zidanla bir yerdə məşq etmək arzum idi. Mən onu bütün zamanların ən yaxşı futbolçusu hesab edirəm.”
Zidan "Real”da futbolçu kimi 2001-2006-cı illərdə çıxış edib.
2016-cı ildən bu klubda baş məşqçidir. Artıq iki dəfə "Real”la Çempionlar Liqasının kubokunu qazanıb. Bir dəfə İspaniya çempionu olub.
İlqar






