Ronaldo Çinə getməyə hazırlaşır?
Kateqoriya məlum deyil
"Quandjou” Everqrand komandasının sabiq baş məşqçisi Luis Felipe Skolari maraqlı açıqlama verib.
Sfera.az "Goal " nəşrinə istinadən xəbər verir ki, Skolari "Real”ın ulduzu Kriştianu Ronaldonun ondan Çin haqda maraqlandığını deyib:
"Çindəki həyat tərzi və yaşayış haqda soruşdu. Mən də ən xırda detallarınadək danışdım. Ronaldo brenddi. Çin isə dünyanın ən böyük ölkəsidir. Kimə imkan yaranırsa mütləq ora getməlidir.”
Qeyd edək ki, Ronaldo və Skolari Portuqaiya yığmasından tanışdırlar.
İlqar






