Logo

Tayson az qala qaydasız dünya çempionunun burnunu qıracaqmış

Tayson az qala qaydasız dünya çempionunun burnunu qıracaqmış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qaydasız döyüş həvəskarlarının həvəslə gözləyi "UFC Fight Night 127" turnirindəki əsas döyüş-braziliyalı Fabrisio Verdumla rusiyalı Aleksandr Volkovun görüşü az qala baş tutmayacaqdı.

Sfera.az "TMZ Sports” nəşrinə istinadən xəbər verir ki, bu haqda ikiqat dünya çempionu Verdum özü məlumat verib.

O bildirib ki, "Kikboksyor” filminin çəkilişlərində iştirak edir. Və orada tərəf müqabili boks üzrə keçmiş dünya çempionu Mayk Taysondur:

"Bu inanılmazdır, Mayk az qala burnumu sındıracaqdı. Əlbəttə ikimiz də professional aktyor deyilik. O yaxşı oğlandı, şəndi, amma yaman sərt zərbəsi var”.

Çəkiliş zamanı Taysonun zərbəsi sərt alındığından qaydasız döyüş çempionu az qala nakauta düşəcəkmiş:

"Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Zərbəni Mayk yox başqası vursa, sakit olmazdım. Axı o Taysondu. Ona görə hər şey qaydasındadı”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR