Kubalı çempion Meksikada yoxa çıxdı

Kubalı çempion Meksikada yoxa çıxdı
Boks üzrə ikiqat dünya çemponu Xoanis Arxilaqos Kuba milli komandasının düşərgəsindən qaçıb.
 
Sfera.az "Gazeta.ru”- ya istinadən xəbər verir ki, hazırda Meksikanın Tixuana şəhərində Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin 2018 –ci il yarışlarının kavalikasiya turniri keçirilir.

21 yaşlı kubalı idmançı yoxa çıxdığından onun adı yarışçılar siyahısından çıxarılıb. Kubanın 49 kq çəki dərəcəsində ən yaxçı boksçusunun qaçdığını Milli İdman Komitetindən də təsdiqləyiblər. Ekspertlər hesab edirlər ki, Arxilaqos yaxın zamanlarda ABŞ ərazisinə keçməyə cəhd edəcək.
 
Hesab edilir ki, o professional boksa keçmək niyyətindədir. Bu isə Kubada qadağan edilib. Kubalılar 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada ona çoxx ümidli idilər.

OXŞAR XƏBƏRLƏR