İspaniya klubları “Qarabağ”ı sıxışdırdı

İspaniya klubları “Qarabağ”ı sıxışdırdı
Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA sıralaması bəlli olub. 

Sfera.az xəbər verir ki, Çempionlar Liqasının dörd, Avropa Liqasının səkkiz görüşü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Bu siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son beş mövsümün nəticəsində 20,500 xal toplayan "Qarabağ” üç pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – "Selta”, "Real Sosyedad” və "Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və "Yanq Boyz”la (İsveçrə) bölüşür.

Qeyd edək ki, digər komandalarımızın mövqeləri dəyişməz qalıb.

İlk "onluq”

1. "Real” (İspaniya) – 153,000

2. "Atletiko” (İspaniya) – 128,000

3-4. "Barselona” (İspaniya) – 127,000

"Bayern” (Almaniya) – 127,000

5. "Yuventus” (İtaliya) – 124,000

6-7. PSJ (Fransa) – 109,000

"Sevilya” (İspaniya) – 109,000

8. "Mançester Siti” (İngiltərə) – 100,000

9. "Borusiya” (Dortmund, Almaniya) – 88,000

10. "Portu” (Portuqaliya) – 86,000


"Qarabağ” və qonşuları


66. "Lester” (İngiltərə) – 22,000

67. "Astana” (Qazaxıstan) – 21,750

68-69. "Feyenoord” (Hollandiya) – 21,500

"Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. "Selta” (İspaniya) - 20,542

"Real Sosyedad” (İspaniya) - 20,542

"Betis” (İspaniya) - 20,542

73-75. "Qarabağ” (Azərbaycan) – 20,500

"Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. "Trabzonspor” (Türkiyə)– 18,000

77. "Dinamo” (Xorvatiya) – 17,500

78-80. "Partizan” (Serbiya) – 17,000

"Everton” (İngiltərə) – 17,000

"Slovan” (Çexiya) – 17,000



Digər Azərbaycan klubları


191. "Qəbələ” – 5,250

244-256. "Neftçi” - 3,825

"Keşlə” - 3,825

"Zirə” - 3,825

"Kəpəz” - 3,825

"Xəzər Lənkəran” - 3,825 (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Bakıda AĞIR QƏZA: 3 avtomobil toqquşdu - ANBAAN VİDEO

Bu gün saat 09:00 radələrində Zabrat yolunda ağır qəza baş verib.   Sfera.az-ın məlumatına görə, 3 avtomobilin toqquşması ilə baş verən hadisəd...

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQ

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.   Sfera.az xəbər verir ki, bunu Bakıda ke...

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...