Draksler “PSJ”-yə görə məyusdur
Kateqoriya məlum deyil
"PSJ”-nin alman əsilli müdafiəçisi Yulian Draksler komandasının Çempionlar Liqasında çıxışını dayandırmasını şərh edib.
Sfera.az "Football Espana” nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu madridlilərə məğlubiyyətdən məyus olduğunu bildirib. Xatırladaq ki, "PSJ” öz meydanında "Real”-a 1:2 uduzub.
Draksler ” Klub yeni oyunçulara 400 milyon avro xərcləyib, hamıya da demişdik ki, tezliklə Çempionlar Liqasını qazanacağıq. Ancaq 1/8 –da mübarizəni dayandırdıq. Görünür finalı hələ haqq etməmişik.” deyib.
Xatırladaq ki, madridlilərlə oyunda fransızlar meydana Neymarsız çıxmışdı.






