Futbol üzrə dünya çempionatının hakimləri nə vaxt müəyyənləşəcək?

Futbol üzrə dünya çempionatının hakimləri nə vaxt müəyyənləşəcək?
Beynəlxalq Futbol Federasiyası (FİFA) bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını martın sonlarında müəyyənləşdirməyi planlaşdırır.

 

 

Sfera.az bildirir ki. bunu bu gün FİFA Hakimlər departamentinin rəhbəri Massimo Buzakka bildirib.


 

 

 

FİFA martın 25-də Dubayda keçirilən iki günlük seminardan sonra dünya çempionatı üçün hakimlərin yekun siyahısını müəyyənləşdirəcək. Braziliyada keçirilən dünya çempionatında olduğu kimi Rusiyada da 25 hakim briqadasının oyunları idarə edəcəyi gözlənilir. M. Buzakka qeyd edib ki, Braziliyadan fərqli olaraq hakimlərin siyahısının yanvarda deyil, martda müəyyənləşdirilməsinin səbəbi isə Rusiyada keçiriləcək dünya çempionatında hakimlərə kömək məqsədi ilə video sisteminin tətbiq olunacağı ilə bağlıdır.


 

 

 

Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixlərində keçirəcək.(APA)


OXŞAR XƏBƏRLƏR

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı DAŞINACAQ

Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.   Sfera.az xəbər verir ki, bunu Bakıda ke...

Yaşar Gülər: "Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək"

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə ...

Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik etdi

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib. ...

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...