Logo

FİFA prezidenti: "İranda qadınlar stadiona buraxılacaq”

FİFA prezidenti: "İranda qadınlar stadiona buraxılacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FİFA prezidenti Cianni İnfantino futbol stadionlarında oyunları izləməyə gələn qadınların problemi ilə fikirlərini paylaşıb.

Sfera.az "Sky Sports” nəşrinə istinadən xəbər verir ki, İnfantino İranda baş verən hadisədən danışıb.

O bildirib ki,  bu il fevralın 1-də "İstiqlal " və "Persepolis" arasında Tehran derbisini izləmək üçün stadiona gələn 35 qadın polis tərəfindən həbs olunub.

Səhəri gün İranda səfərdə olan FİFA prezidenti mətbuat konfransı keçirib və bəyan edib ki, onun səfərləri dünyadakı bütün qadınlara kömək edə bilər:

"Mənə söz verdilər ki, az vaxt ərzində İranda qadınların futbol stadionlarına gəlməyinə icazə veriləcək”.

Qeyd edək ki, İranda 1979-cu il inqilabından sonra qadınların stadionlara gəlməsi yasaqlanıb.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR